Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
  22 Aprel 2021    Oxunub:2024
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 23-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti