“YAŞAT”a toplanan vəsait 35 milyon manata çatır

   “YAŞAT”a toplanan vəsait 35 milyon manata çatır
  22 Aprel 2021    Oxunub:3748
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 35 milyon manata yaxınlaşır.
Azvision.az xəbər verir ki, Fonda toplanan vəsait 34 363 203.79 manatdır. Həmin vəsaitdən 16 432 809.55 manatı fiziki şəxslər, 17 930 394.24 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 19 465 239.65 manatı xərclənib. Vəsaitin qalığı isə 14 897 964.14 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Vəsait  





Xəbər lenti