Gədəbəydə reyd, sürücülər cərimələndi
Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə inzibati qaydada tədbirlər görürlər.
Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində qayda pozan piyadalara və sürücülərə gün ərzində ümumilikdə 15-dən çox inzibati protokol tərtib edilib.
Bundan başqa, polis əməkdaşları “Təmiz hava” aylığı ilə əlaqədar da reyd keçirib.
"Qeyd etmək lazımdır ki, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə nasazlığı aradan qaldırmalı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Keçirilən tədbirlərlə qayda pozan 100-dən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib", - Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Azvision.az