Rusiya qazın qiymətini qaldırır

Rusiya qazın qiymətini qaldırır
  03 Mart 2014    Oxunub:1248
Bu ilin aprelindən etibarən Rusiya qazı Ukrayna üçün bahalaşacaq.
Bu ay Rusiyanın Ukraynaya satdığını təbii qazın dəyəri ötən ay olduğu kimi (1000 kub metrə 268,5 dolar) dəyişməz olaraq qalsa da, ikinci rübdə bu qiymətin 400 dollar olacağı gözlənilir. Hazırda Ukraynanın “Naftoqaz” şirkəti əvvəlki qiymətin saxlanması ilə bağlı “Qazprom”la danışıqları davam etdirir.

Bununla yanaşı Ukraynanın Enerji və Kömür Sənayesi Nazirliyi yaxın aylarda borcun qaytarılacağına söz veriblər. Eyni zamanda, nazirlikdə qiymətlərin qalxacağı və ya hərbi münaqişənin şiddətlənəcəyi təqdirdə ümumiyyətlə Rusiya qazından imtina məsələsi də gündəmdədir.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın 2 milyarda yaxın borcu olduğunu əsas gətirərək Rusiya yanacağın qiymətini qaldıracağını elan etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti