Ağdamda 20 minlik telefon oğurlandı

  23 Aprel 2021    Oxunub : 1352
Ağdamda 20 minlik telefon oğurlandı
Ağdamda mağazadan oğurluq edən qrupun daha bir üzvü məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Ağdam rayonu ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 91 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Başqərvənd kənd sakini E.Məmmədov saxlanılıb.

Azvision.az

Teqlər: Ağdam