Qarabağda məhv edilən erməni polkovnikin meyiti tapıldı - FOTO
Məlumatda deyilir ki, bu günlərdə adı gizlədilən daha bir yüksək rütbəli Ermənistan ordusunun zabitinin meyiti aşkarlanıb. Həmin zabitin kimliyi təyin edildikdən sonra dəfn olunub. Məlum olub ki, dəfn olunan yüksək rütbəli zabit Ermənistan silahlı qüvvələrinin snayperlər məktəbinin rəisi olmuş polkovnik-leytenant Artur Akopyandır.
Erməni zabiti öz dəstəsi ilə, 10 oktyabr 2020-ci il tarixdə Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmişdi və 5 aydan çox idi ki, itkin düşənlərin siyahısında idi.
Döyüşdə ölən erməni hərbçilərin axtarışları davam edir və görünən odur ki, Ermənistan müdafiə nazirliyi itkilərin sayını hələ də gizlətməkdə davam edir. Diqqət çəkən məqam ondan ibarətdir ki, döyüşlər zamanı məhv edilən Qarabağdan olan ermənilərin adları heç bir rəsmi siyahıya daxil edilməyib.
Azvision.az
Teqlər: Ermənistan Polkovnik