Koronavirusa yoluxan taksi sürücüsü iş başında tutuldu

Koronavirusa yoluxan taksi sürücüsü iş başında tutuldu
  24 Aprel 2021    Oxunub:3075
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

E. Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayandırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. E. Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Azvision.az



Teqlər: Koronavirus   DİN  





Xəbər lenti