Oğuzda 3 otaqlı evdə yanğın olub

Oğuzda 3 otaqlı evdə yanğın olub
  24 Aprel 2021    Oxunub:2502
Oğuz rayonunun Sincan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Oğuz   Yanğın   Ev  





Xəbər lenti