İndoneziyanın itən sualtı qayığı tapılıb

İndoneziyanın itən sualtı qayığı tapılıb
  24 Aprel 2021    Oxunub:1967
İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus, göyərtəsində 53 nəfər olan “KRI Nanggala-402” sualtı qayığı Bali adası yaxınlığındakı sularda aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Sinxua informasiya agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, sualtı qayıq okean dibi skan edilərkən 850 metr dərinlikdə aşkar edilib.

Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla əlaqə kəsilib.

Azvision.az



Teqlər: Sualtı-qayıq  





Xəbər lenti