Azərbaycanda koronavirusdan sağalanların sayı artır

 Azərbaycanda koronavirusdan sağalanların sayı artır
  24 Aprel 2021    Oxunub:4010
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1676 yeni yoluxma faktı qeydə alınıb, 2168 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib, aktiv xəstə sayı 30189 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, ötən müddət ərzində isə ümumilikdə 3 178 044 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti