Eldəniz Əzizli Avropa üçüncüsü oldu

Eldəniz Əzizli Avropa üçüncüsü oldu
  25 Aprel 2021    Oxunub:3259
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisi Nedyalko Petrovu elə ilk hissədə məğlubiyyətə uğradıb.

Dörddəbir finala yüksələn güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiadan da üstün olub. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Emin Seferşaevə məğlub olub. Bürünc medal uğrunda xalça üzərinə çıxan güləşçimiz Fabian Şmittdən (Almaniya) üstüb olub və qitə birinciliyini üçüncü pillədə başa vurub.

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) qitə birinciliyinin finalında rusiyalı Cambolat Lokyayevə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti