“Qarabağ” “Qəbələ”ni darmadağın etdi

"Qarabağ"a böyük hesablı qələbə qazandıran qollara Xayme Romero (64), Qara Qarayev (68) və Mahir Emreli (87, 89, 90+1) imza atıblar. Matçda het-trik edən Mahir Emreli çempionatda vurduğu qolların sayını 16-ya yüksəldib.
Beləliklə, bu görüşdən sonra xallarının sayı 50-yə çatan "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir, "Qəbələ" isə 24 xalla 5-ci sırada qərarlaşıb.
Azvision.az