Yasamalda köməksiz qalan vətəndaş xilas edildi

Yasamalda köməksiz qalan vətəndaş xilas edildi
  26 Aprel 2021    Oxunub:3343
Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub. Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

Azvision.az


Teqlər: FHN   Yasamal  





Xəbər lenti