Nazirliyə 13275 müraciət daxil olub

Nazirliyə 13275 müraciət daxil olub
  28 Mart 2013    Oxunub:1266
Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə son iki il ərzində (24.02.2011-24.02.2013) 13275 müraciət daxil olub
AzVision.az-a bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, daxil olan müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterli olub.

2013-cü ilin fevral ayı ərzində Qaynar xətt xidmətinə 484 müraciət daxil olub. Daxil olan müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.



Teqlər:  





Xəbər lenti