
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıblar.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub. Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az