Beyləqanda ağır qəza, iki nəfər ölüb

Beyləqanda ağır qəza,    iki nəfər ölüb
  26 Aprel 2021    Oxunub:1168
Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Beyləqan rayonunun Şahsevən kəndi ərazisində 1-ci Şahsevən kənd sakini A.Səfərov idarə etdiyi “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti