Bərdədə “Mercedes” yanıb

Bərdədə “Mercedes” yanıb
  26 Aprel 2021    Oxunub:2875
Bərdə rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bərdə rayonunda ümumi sahəsi 304 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən ikisinin yanar konstruksiyaları 70 m² sahədə və içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bərdə   FHN   Yanğın  





Xəbər lenti