Soğanın içində həbsxanaya narkotik keçirmək istədi

Soğanın içində həbsxanaya narkotik keçirmək istədi
  27 Aprel 2021    Oxunub:2325
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərli Hüseyn Fazil oğluna qonşusu Bakı şəhər sakini Əlizadə Əli Bayraməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan göy soğanın içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 0,478 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Soğan   Narkotik  





Xəbər lenti