“YAŞAT”: Bu günədək 76 qazi Türkiyəyə müalicəyə göndərilib

     “YAŞAT”: Bu günədək 76 qazi Türkiyəyə müalicəyə göndərilib
  27 Aprel 2021    Oxunub:3486
“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Azvision.az xəbər verir ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-unun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qazi   Türkiyə   YAŞAT   Fond   Müalicə  





Xəbər lenti