Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
  27 Aprel 2021    Oxunub:2162
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Scania" və "Mercedes Benz " markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb.

Nəqliyyat vasitələrinə kinoloji xidməti itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 4400 ədəd üzərində "Manchester" yazısı olan siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti