Şəhid hərbi qulluqçumuz dəfn edildi

 Şəhid hərbi qulluqçumuz dəfn edildi
  27 Aprel 2021    Oxunub:3754
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Musayev dəfn edilib.
Azvision.az xəbər verir ki, şəhidin cənazəsi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ə.Musayev Vətən Müharibəsində şəhid olub. Onun nəşi 6 aydan sonra tapılaraq ailəsinə verilib.



Azvision.az


Teqlər: Şəhid   Dəfn  





Xəbər lenti