Milli Məclis Ukraynanı müzakirə etdi
“Təklif edərdim ki, hər iki ölkənin parlament dostluq qruplarının üzvləri birlikdə iclas keçirib adıçəkilən ölkələrə ezam olunsunlar. Əgər biz bu məsələyə biganə yanaşsaq, o zaman Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı beynəlxalq instansiyalar Ukrayna tərəfindən Azərbaycana soyuq münasibət göstərilə bilər. Həm GUAM ölkələri daxilində təmsil olunmağımız, həm də Rusiya ilə həmsərhəd olduğumuzdan barışdırıcı missiyanı yerinə yetirməliyik”.
Spiker Oqtay Əsədov Fərəc Quliyevin səsləndirdiyi fikirlərə cavab olaraq qeyd edib ki, Ukrayna ilə Rusiya arasında yaranan münasibətlərin Azərbaycanı təsiri danılmazdır: “Bildiyiniz kimi, hər iki ölkə ilə Azərbaycanın dostluq əlaqələri mövcuddur. 300 mindən çox azərbaycanlı ukraynada, 2000-dən çox azərbaycanlı isə Rusiyada yaşayır. Buna görə də orada baş verən hadisələrin sülh yolu həllinin tərəfdarıyıq. Dostluq qruplarının birgə iclas keçirmələrinə gəlincə isə heç Ukraynada olan millət vəkillərinin xəbəri yoxdur ki, dostluq qrupunda kimlər qalıb”.
Sevinc İltifatqızı
Teqlər: