"Avtobus parkının 46 faizi yenilənib" - Vüsal Kərimli

   "Avtobus parkının 46 faizi yenilənib" -    Vüsal Kərimli
  28 Aprel 2021    Oxunub:1538
2020-ci ildə Bakı şəhərində 119 avtobus yenilənib. Bunlardan 115 ədədi dövlət, 4 ədədi özəl şirkətlər tərəfindən edilib.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, hər il Bakı şəhərinə 300 yeni avtobus gətirilir.

"Ümumilikdə, 2015-ci ildən bu günə qədər paytaxtda 968 avtobus yenilənib. Bunun 764 ədədi dövlət, 244 ədədi özəl şirkətlər tərəfindən edilib. Avtobus parkının bu günə qədər 46 faizi yenilənib. Onların 74 faizi sıxılmış təbii qazla – STQ (compressed natural gas - CNG) işləyir".

V.Kərimli qeyd edib ki, yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır. O əlavə edib ki, 2020-ci ildə metronun bağlanması ilə avtobuslara tələb çoxalıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti