“Konqres və Senat Xocalını tanıyacaq”
O bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır:
“Bizim istəyimiz odur ki, ABŞ-ın bütün ştatlarında, Konqresdə və Senatda müvafiq qətnamələr qəbul olunsun. Artıq 12 ştatda uğur qazanılıb. Zənnimcə sonda həm Konqresdə, həm də Senatda qətnamələr qəbul olunacaq. Sadəcə olaraq, bunun üzərində işləmək lazımdır. Amerika ictimaiyyətini Azərbaycan-Amerikan münasibətləri, bizim ortaq maraqlarımız və Azərbaycana qarşı olan təcavüz və bu təcavüz zamanı törədilən hərbi cinayətlərlə bağlı məlumatlandırılmaq gərəkdir”.
Digər ştatlarda da anoloji addımların atılması ilə bağlı danışan Asim Mollazadə qeyd edib ki, bu istiqamətdə işlər gedir və işlər avam etdirilməlidir. “Mən qabaqcadan heçnə demək istəmirəm. Amma görürsünüz ki, ştatların sayı günü-gündən artır. Bu da müvafiq işlərin nəticəsidir”.
Qeyd edək ki, bu günə qədər Amerikanın 12 ştatı Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib. Bunların arasında Pensilvaniya,Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatları var.
Sevinc İltifatqızı