Qadını şantaj edən şəxs saxlanılıb

Qadını şantaj edən şəxs saxlanılıb
  28 Aprel 2021    Oxunub:1861
Bakıda qadını şantaj edərək görüşmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti