Həftəsonu avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur

Həftəsonu avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur
  28 Aprel 2021    Oxunub:3536
"Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadə məhdudiyyəti yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

O qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb.

"Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır. Avtobusların sayının artırılması məsələsinə gəlincə, ictimai nəqliyyatın sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, sıxlığın qarşısının alınması mümkün deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şənbə   Bazar   Avtobus  





Xəbər lenti