Narkotik satan keçmiş məhkum tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu
  28 Aprel 2021    Oxunub:2040
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 9 qramdan artıq heroin, 8 qrama yaxın metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 523 qram heroin, 33 qramdan artıq marixuana, 65 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti