Bakıda “Nissan” aşıb, xəsarət alan var

Bakıda “Nissan” aşıb, xəsarət alan var
  28 Aprel 2021    Oxunub:2142
Bakı şəhərinin Xəzər rayonunda “Nissan” markalı minik avtomobili yol kənarına aşıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti