Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib.
Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.
Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.
Azvision.az
Teqlər: ŞəhriyarMəmmədyarov