“Xosu” ləqəbli narkotacir saxlanılıb

“Xosu” ləqəbli narkotacir saxlanılıb
  29 Aprel 2021    Oxunub:1513
Kürdəmirdə “Xosu” ləqəbli narkotacir saxlanılıb.
Azvision.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunan “Xosu” ləqəbli Zabil Nuriyevin qanunsuz olaraq narkotik vasitələr əldə etdiyi, daşıyaraq üzərində və yaşadığı evdə saxladığı, habelə narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zabil Nuriyev saxlanılıb və rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı onun yaşadığı evdən külli miqdarda- 13.435 qram, üzərindən isə 1.299 qram, ümumilikdə 14.734 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Zabil Nuriyev ilkin dindirmə zamanı cinayət əməlini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.



Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti