Masallıda ikimərtəbəli ev yandı

Masallıda ikimərtəbəli ev yandı
  29 Aprel 2021    Oxunub:1777
Masallı rayonunun Təzə Alvadı kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 216 m² olan (hər mərtəbəsi 108 m²) ikimərtəbəli evin taxta konstruksiyadan ibarət dam örtüyü 70 m² sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti