Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  04 Mart 2014    Oxunub:980
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
Martın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 11-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 05-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti