Bakıda binada yanğın, 12 nəfər təxliyə edildi

Bakıda binada yanğın, 12 nəfər təxliyə edildi
  29 Aprel 2021    Oxunub:2489
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.

Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti