Yeni Günəşlinin mərkəzi küçəsi bağlanır

Yeni Günəşlinin mərkəzi küçəsi bağlanır
  29 Aprel 2021    Oxunub:2201
Bakının Suraxanı raypnunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.

Azvision.az


Teqlər: Yeni-Günəşli  





Xəbər lenti