67 qazinin Türkiyədə müalicəsi davam edir

 67 qazinin Türkiyədə müalicəsi davam edir
  29 Aprel 2021    Oxunub:3916
İndiyə qədər 76 qazi müalicə üçün Türkiyəyə göndərilib.
Azvision.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, qazilərdən 9 nəfəri müalicə olunaraq Vətənə geri dönüb, hazırda 67 qazinin müalicəsi davam edir.

E.Hüseynov, həmçinin qeyd edib ki, ağır yaralanmış hərbçilərin müalicə üçün ölkə xaricinə aparılması istiqamətində fondun fəaliyyəti davam etdirilir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: YAŞAT   Fond   Qazi   Türkiyə   Müalicə  





Xəbər lenti