Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  29 Aprel 2021    Oxunub:2952
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini C.Paşayevdən 475 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunan C.Paşayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti