“Sumqayıt” “Qarabağ”ı məğlub edib finala çıxdı

“Sumqayıt” “Qarabağ”ı məğlub edib finala çıxdı
  30 Aprel 2021    Oxunub:3477
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulur.
Azvision.az xəbər verir ki, bu gün finalçılar məlum olacaq.

Günün ilk matçında "Qarabağ" komandası "Sumqayıt"ı qəbul edib. Sumqayıt şəhərində keçirilən görüşdə qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Sumqayıt" klubu final mərhələsinə yüksəlib.

Qeyd edək ki, günün digər matçında "Zirə" və Keşlə" komandaları üz-üzə gələcək.

Azvision.az


Teqlər: Qarabağ   Sumqayıt  





Xəbər lenti