Sürücünü döyən yeniyetmə saxlanıldı

Sürücünü döyən yeniyetmə saxlanıldı
  30 Aprel 2021    Oxunub:2406
Xırdalanda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məsələ ilə əlaqədar bildirib ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti