IX siniflərin imtahan vaxtı açıqlandı

   IX siniflərin imtahan vaxtı açıqlandı
  30 Aprel 2021    Oxunub:5024
Dövlət İmtahan Mərkəzi 2-3, 9-10 və 16-17 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, iyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq.

Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti