27 yaşlı gənc yol qəzasının qurbanı oldu

27 yaşlı gənc yol qəzasının qurbanı oldu
  01 May 2021    Oxunub:2755
Beyləqan rayonunun Milabad qəsəbəsində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü Kərimov Ağası Vüqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti