Şirin XTQ

Şirin XTQ
  01 Aprel 2021    Oxunub:432
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür. İstər Aprel döyüşlərində, istərsə də Vətən Müharibəsində xüsusi təyinatlı döyüşçülər dövlətimizin və xalqımızın başını uca etməyi bacardılar. Onlar 30 illik yurd həsrətinə canlarından, qanlarından keçərək son qoydular.
Azvision.az Vətən Müharibəsindəki döyüşləri ilə Azərbaycanın yeni tarixini yazan xüsusi təyinatlılarla bağlı müsahibəsini davam etdirir. Həmsöhbətimiz Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Eşqin Hüseynovdur.

- Eşqin bəy, necə oldu ki, xüsusi təyinatlı qüvvələrdə xidmət etməyə qərar verdiniz?

- Uşaqlıq illərim birinci Qarabağ müharibəsi dövrünə düşürdü. Hər bir ailənin qohumunda şəhid olurdu. Döyüşlər gedirdi. Hər zaman qisas hissi içimizdə alovlanırdı. Böyüdükcə bu hiss artırdı. Buna görə də qərara gəldim ki, mən də hərbçi olum. Xocalı və digər ərazilərimizdə baş verən soyqırımlar uşaqlıqldan içimdə dərin yara buraxmışdı. Düşünürdüm ki, torpaqlarımızı düşməndən azad etməkdə ən azından mənim də payım ola bilər. Böyük qardaşım da XTQ-də xidmət edirdi. Öz növbəsində bu da təkan verdi.

2003-cü ildə XTQ-nin kurslarına seçimlər başlayanda sınaqdan keçirilən 200 nəfərdən biri də mən idim. Həmin 200 nəfərdən 11 nəfər qəbul edildi. Mən XTQ-nin 6 aylıq kursunu uğura başa vurdum. Elə həmin tarixdən də XTQ-də xidmətə başladım. Qrupda kəşfiyyatçı- istehkamçı vəzifəsini yerinə yetirirdim. Müxtəlif döyüş tapşırıqlarını uğurla icra etmişik. 2009- 2011-2013-cü -ci ilərldə silahlı qüvvələrin keçirdiyi paradda iştirak etmişəm. 2015-ci ilin aprel ayında düşmən təxribatının qarşısını alarkən mina partlayışı nəticəsində sağ ayağımı itirdim və həmin müddətdən də silahlı qüvvələrin sıralarından ayrıldım. Hazırda ehtiyatda olan XTQ qazisiyəm. Fəaliyyətimi başqa bir istiqamətdə davam etdirirəm.

- Fikrinizcə, xüsusi təyinatlı olmaq üçün ilk növbədə nə lazımdır?

- Xüsusi təyinatlı olmaq üçün sənin vətən anlayışın, vətənpərvərlik hissin olmalıdır. Hər şey o qisas hissində alovlanmalıdır. Burada məqsəd kursu keçib vətənə şərəflə, uğurla xidmət etməkdir. Hərbi anada sadiq olmalısan. Son damla qanına kimi şərəflə döyüşüb şəhidlərimizin, əli yalın öldürülən ana –bacıların, tapdalanmış qeyrətimizin qisasını almalısan. Xüsusi təyinatlı qüvvələr bu hiss ilə yaşayırdılar. Bütün hazırlıqlarımız hər zaman bu yöndə idi. Vətən Müharibsəində onlar cəbhənin bütün istiqamətlərində, istər şimal, istərsə də cənub istiqamətində verilən döyüş tapöşırıqlarının hamısını uğurla icra edirdilər. Döyüşlər gedə-gedə xüsusi təyinatlıların komandanını Ali Baş Komandan təbrik etdi, döyüşlərdən sonra ona ali hərbi rütbələr verdi, təltif etdi. Bütün bunlar XTQ-nin göstərdiyi şücaətin nəticəsi idi.

- Vətən müharibəsi günlərində silahdaşlarınızın qəhrəmanlıqlarına baxıb qürur hissi keçirirdinizmi?

-Əlbəttə. Ehtiyada olsaq da biz məhdud yararlı sayıllırdıq. Hər vəclə can atırdıq ki, qoşun növümüzün yanında olaq. Qazi olaraq müraciət etdik, istədik bizim də payımız olsun. Komandanımız dediki, hələlik ehtiyac yoxdur, lazım olarsa, biz xəbər edəcəklər, yetəri qədər gücümüz var. Bizə qismət olmadı, amma ordumuz sağ olsun, bu qələbəni bizə yaşatdı. Mən çox sevinirəm ki, bu zəfərdə XTQ-nin rolu böyükdür.

- Şuşa fatehləri olan silhadaşlarınızı ürəkdən qucaqlayıb onlara təşəkkür etdinizmi?

- Şuşanı alan, Şuşaya qədər döyüşən bir çox silahdaşlarımla görüşdüm, onları bağrıma basdım. Bunu tək mən yox, hər kəs etdi. Həmin istiqamətdə döyüşənlər arasında 10 ilə yaxın mənimlə birgə xidmət edən qəhrəmanlarımız var. Şəhid olanların məzarlarını ziyarət edirəm, ailələri ilə görüşürəm. Mənəvi dəstək olmağa çalışırıq. Bu bizim qürur yerimizdir. Vətən Müharibəsində xüsusi təyinatlı qüvvələrin rolunun nə qədər önəmli olduğunu hər kəs bilir. 22 il belə bir güc struktirunun yaranması üçün çox da böyük vaxt deyil. Buna zaman lazımdır. Bir xüsusi təyinatlının yetişdirilməsi üçün illər tələb olunur. Şükürlər olsun ki, bu qüvvələr onların qarşısına qoyan tapşırıqları başucalığı ilə yerinə yetirdilər. Mən ehtiyatda olan xüsusi təyinatlı olsam da, bu qüruru yaşadım.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:






Xəbər lenti