Naxçıvanda saxta pul satan şəxs tutuldu

Naxçıvanda saxta pul satan şəxs tutuldu
  01 May 2021    Oxunub:1956
Naxçıvan Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   Pul  





Xəbər lenti