Evdən oğurluq edən şəxslər tutuldu

Evdən oğurluq edən şəxslər tutuldu
  01 May 2021    Oxunub:3238
Salyanda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətuat xidmətindən Azvision.az -a bildirilib ki, rayon polis şöbəsinə evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslərin ətrafında araşdırma davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti