Ən çox satılan televizorlar
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, dördüncü rübdə vəziyyət köklü şəkildə dəyişib. Çünki “Sony” lider olsa da, bazar payı 18,2 faizədək azalıb və onu izləyən Cənubi Koreyanın “Samsung” şirkəti modellərin satışına üçüncü rübdə başlamasına baxmayaraq “Ultra HD” formatlı televizorlar bazarının ümumi həcminin 14,9 faizinə sahib çıxıb.
Coğrafi regionlar üzrə bölgü 46,3 faizlə “Sony”yə ABŞ-da üstünlük qazandırır. “Samsung”da bu göstərici 34,4 faizə bərabərdir. Avropada isə vəziyyət tam əksinədir. Belə ki, burada “Samsung” və “Sony”nin payı müvafiq olaraq 40 və 30,3 faiz təşkil edir.
"Sony” və “Samsung”dan sonrakı yerləri Çinin üç şirkəti, daha sonrakı yerləri “LG”, “Sharp” və “Panasonic” şirkətləri tutub