Xəzərdə zəlzələlərin olması nə ilə əlaqədardır? - AÇIQLAMA

   Xəzərdə zəlzələlərin olması nə ilə əlaqədardır? -    AÇIQLAMA
  01 May 2021    Oxunub:4293
Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir. Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu, ərazinin seysmikliyi ilə əlaqədardır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

"Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, yeraltı təkanlar sahilyanı zonaya yaxın ərazidə qeydə alınarsa və ocağın dərinliyi Yer səthinə yaxın olarsa, yəni 12-15 kilometrə qədər dərinlikdə yerləşərsə, zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələlərin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib", - deyə V.Rafiqqızı bildirib.

Xatırladaq ki, bu gün Xəzər dənizində maqnitudası, 4, 3.4 və 3.1 olan üç zəlzələ qeydə alınıb.

Azvision.az


Teqlər: Xəzər   Dəniz   Zəlzələ  





Xəbər lenti