Beş qadın güləşçimiz lisenziya uğrunda mübarizə aparacaq

  01 May 2021    Oxunub : 2136
Beş qadın güləşçimiz lisenziya uğrunda mübarizə aparacaq
Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Azvision.az xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Turnirdə ölkəmizi qadın güləşi yarışlarında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən isə İslam Abbasov (87 kq) dörd illiyin zirvə yarışında iştirak hüququ qazanıb. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) “Tokio-2020”yə vəsiqəni təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.

Azvision.az

Teqlər: Güləş