Gəncədə mənzildən meyit tapıldı

Gəncədə mənzildən meyit tapıldı
  01 May 2021    Oxunub:2837
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Quliyev Vaqif Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Gəncə   Mənzil   Meyit  





Xəbər lenti