Aİ Ukraynanın qaz borclarını verəcək

Aİ Ukraynanın qaz borclarını verəcək
  05 Mart 2014    Oxunub:1196
Ən azından qurum belə bir söz verib.

Avropa İttifaqı Ukraynanın “Qazprom”a olan 2 milyard dolları ödəyəcəyinə söz verib. AzVision.az Agence France-Presse-ə istinadən xəbər verir ki, bu açıqlamanı AB-nin eneretika üzrə komissarı Qyunter Ottinger verib. Onun sözlərinə görə borcun bağlanması Avropa Birliyinin Ukraynaya kömək paketinin əsaslı hissəsidir.

Avropa komissiyasının nümayəndəsi Pii Arenkilde Xansen isə artıq Ukraynaya kömək paketinin çərşənbə günü razılaşacağını bildirir.

Xatırladaq ki, “Qazprom” aprel ayından Ukraynaya verilən qazın qiymətini qaldıracaq.


Teqlər:





Xəbər lenti