Sabirabad və Goranboyda yanğın olub

Sabirabad və Goranboyda yanğın olub
  02 May 2021    Oxunub:3001
Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 112 m² olan tavanı qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Goranboy rayonunun Qaraçinar kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti