Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.
O, 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləyib, 1993-cü ildən sahibkarlıq fəaliyyəti göstərib.
2006-cı ildə Azərbaycanın gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib. O, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.
Azad Rəhimov fəaliyyəti dövründə “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.


Azvision.az